Misirin pravoslav kilsəsi ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib

Misirin pravoslav kilsəsi ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib Buna ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması səbəb olub
Digər ölkələr
9 Dekabr , 2017 18:59
Misirin pravoslav kilsəsi ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Misirdə patriarx II Tavadros rəhbərlik etdiyi qibtilərin pravoslav kilsəsi dekabrın sonunda Qahirəyə səfərə gələcək ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşməkdən imtina edib. Buna ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması səbəb  olub.

“Report” xəbər verir ki, bu barədə patriarxiya katibliyinin xüsusi bəyanatında bildirilir.

Misirin qibti kilsəsi ABŞ-ın vitse-prezidenti ilə görüş keçirməyi hazırda uyğun hesab etmir.

Son xəbərlər

Orphus sistemi