Misirin keçmiş prezidentinin şikayəti təmin edilməyib

Misirin keçmiş prezidentinin şikayəti təmin edilməyib Bu, məhkəmənin qəti qərarıdır və dəyişdirilə bilməz
Digər ölkələr
9 Yanvar , 2016 15:51
Misirin keçmiş prezidentinin şikayəti təmin edilməyib

Bakı. 9 yanvar. REPORT.AZ/ Misirin Apellyasiya məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarək və oğlanlarının şikayətini təmin etməyib.

"Report" xəbər verir ki, bu haqda "Al-Ahram" saytı məlumat yayıb.

Məlumata görə, məhkəmə onları 3 il azadlıqdan məhrum edib və təxminən 16 milyon dollar (125 milyon Misir funtu) məbləğində cərimələyib.

Xəbərdə bildirilib ki, bu, onların ikinci apellyasiya məhkəməsidir. İnformasiyaya əsasən, bu, məhkəmənin qəti qərarıdır və dəyişdirilə bilməz. 

Son xəbərlər

Orphus sistemi