Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb

Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb O, xüsusi tibb avtomobili ilə Qelipolis rayonundakı evinə çatdırılıb
Digər ölkələr
21 Mart , 2017 15:12
Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb
Courtesy İmage

Bakı. 21 mart. REPORT.AZ/ Misirin keçmiş prezidenti Hüsnü Mübarək paytaxt Qahirənin Maadi rayonundakı hərbi hospitalı tərk edərək evinə qayıdıb.

"Report"un məlumatına görə, bu barədə "Yoyum7" nəşri eks prezidentin ailəsinin yaxınlarına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Mübarək xüsusi tibb avtomobili ilə Qelipolis rayonundakı evinə çatdırılıb. Onu oğlu Qamal və həyat yoldaşı Süzən Sabet müşayiət edib.

Keçmiş prezidentin evinin tibbi avadanlıqlarla təchiz edildiyi bildirilir.

Xatırladaq ki, Mübarəkə qarşı bir neçə cinayət işi 2011-ci ildə, onun hakimiyyətdən devrilməsindən sonra qaldırılıb. Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət verib. 

Son xəbərlər

Orphus sistemi