Yuxarı

​Misirin devrilmiş prezidentinə ömürlük iş kəsilib

Məhəmməd Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub

Bakı. 18 iyun. REPORT.AZ/ Misirin Cinayət Məhkəməsi ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, M.Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub.

Qeyd edək ki, Məhəmməd Məhəmməd Mursi İsa əl-Əyyat 2012-ci il iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi