Misirdə 7 koronavirus xəstəsi xəstəxanadakı yanğında ölüb

Misirdə 7 koronavirus xəstəsi xəstəxanadakı yanğında ölüb Qahirənin Obor dairəsində yerləşən özəl xəstəxanada baş verən yanğın nəticəsində 7 nəfər koronavirus xəstəsi ölüb, 5 nəfər xəsarət alıb.
Digər ölkələr
26 Dekabr , 2020 16:16
Misirdə 7 koronavirus xəstəsi xəstəxanadakı yanğında ölüb

Qahirənin Obor dairəsində yerləşən özəl xəstəxanada baş verən yanğın nəticəsində 7 nəfər koronavirus xəstəsi ölüb, 5 nəfər xəsarət alıb.

“Report” “AP”yə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, xəsarət alanlar və başqa xəstələr yaxınlıqdakı xəstəxanalara köçürülüb. Hadisə yerinə gələn yanğın xidməti əməkdaşları alovu söndürüblər.

Bəzi ehtimallara görə, yanğın qısa qapanma nəticəsində başlayıb.

Hadisəyə dair araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi