Misirdə turist avtobusu qəzaya uğrayıb, 14 nəfər ölüb, 40-dan çox adam yaralanıb

Misirdə turist avtobusu qəzaya uğrayıb, 14 nəfər ölüb, 40-dan çox adam yaralanıb 62 nəfər sərnişin daşıyan avtobus yük maşını ilə toqquşub
Digər ölkələr
29 Avqust , 2017 12:29
Misirdə turist avtobusu qəzaya uğrayıb, 14 nəfər ölüb, 40-dan çox adam yaralanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Misirdə paytaxt Qahirəni Beni-Sueyf şəhəri ilə birləşdirən yolda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, qəza zamanı 42 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Altmış iki sərnişini aparan avtobus yük maşını ilə toqquşaraq yoldan çıxıb və aşağıdakı yola düşüb.

Nəqliyyat vasitəsi turizm agentliyinə məxsus olub.

Son xəbərlər

Orphus sistemi