Misirdə toqquşmuş qatarların maşinistləri saxlanılıb

Misirdə toqquşmuş qatarların maşinistləri saxlanılıb Maşinistlər narkotik maddələrin qəbulu ilə bağlı yoxlamadan keçiriləcəklər
Digər ölkələr
13 Avqust , 2017 20:50
Misirdə toqquşmuş qatarların maşinistləri saxlanılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Misir Prokurorluğu İskəndəriyyə şəhəri yaxınlığında toqquşmuş qatarların maşinistlərinin saxlanılması barədə qərar çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Ahram" "MENA" agentliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, maşinistlər narkotik maddələrin qəbulu ilə bağlı yoxlamadan keçiriləcəklər.

Prokurorluğun qərarına əsasən, onlar barəsində 15 günlük həbs qərarı çıxarılıb. Qeyd edək ki, avqustun 11-də, gündüz, İskəndəriyyə yaxınlığındakı şəhərdə iki qatarın toqquşması nəticəsində 49 nəfər həlak olub, daha 123 nəfər xəsəarət alıb.

Son xəbərlər

Orphus sistemi