Yuxarı

​Misirdə toqquşmalar zamanı 16 nəfər həlak olub

Kütləvi nümayişlər Qahirə və İskəndəriyyədə keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Misirdə 2011-ci ildə baş verən xalq qiyamının dördüncü ildönümündə baş verən toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla, ən azı 16 nəfər həlak olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlarla insan yaralanıb.

Misir hakimiyyətinin məlumatına görə, kütləvi nümayişlər bazar günü Qahirə və İskəndəriyyədə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi