Misirdə terrorçuların polisə hücumu zamanı 5 asayiş keşikçisi həlak olub

Misirdə terrorçuların polisə hücumu zamanı 5 asayiş keşikçisi həlak olub Terrorçuların itki verib-vermədiyi barədə məlumat verilmir
Digər ölkələr
23 Yanvar , 2017 01:30
Misirdə terrorçuların polisə hücumu zamanı 5 asayiş keşikçisi həlak olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Misirdə terrorçuların hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Masrawy" portalı xəbər verib.

Məlumata görə, hadisə Şimali Sinay vilayətində baş verib. Xəbərdə bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücum bazar günü axşam, asayiş keşikçiləri məzuniyyətə göndərilərkən qeydə alınıb.

Güc strukturları hücumun arxasında "Beyt Ənsar əl-Makdis" radikal qruplaşmasının dayandığını hesab edirlər. Bu, İŞİD-ə yaxın olan silahlı qruplaşmadır.

Terrorçuların itki verib-vermədiyi barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi