Misirdə terrorçular 8 sürücünü və 2 hərbçini qətlə yetirib

Misirdə terrorçular 8 sürücünü və 2 hərbçini qətlə yetirib Bakı. 10 noyabr. REPORT.AZ/ Misirin Sinay yarımadasının mərkəzində terrorçular avtomobil yolunda pusqu quraraq yük maşınlarının sürücülərini qətlə yetirib.
Digər ölkələr
10 noyabr 2017 11:23
Misirdə terrorçular 8 sürücünü və 2 hərbçini qətlə yetirib

Bakı. 10 noyabr. REPORT.AZ/ Misirin Sinay yarımadasının mərkəzində terrorçular avtomobil yolunda pusqu quraraq yük maşınlarının sürücülərini qətlə yetirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə əl-Hosna-Bağdad avtomobil yolunda qeydə alınıb.

Terrorçular avtomobil şinləri ilə yolu bağlayıb və hərbi zavoddan gələn, beton daşıyan yük maşınlarını saxlayıb. Sürücüləri silahla hədələməklə kabinədən çölə çıxardıqdan sonra avtomobilləri yandırıblar. Buna mane olmağa çalışan sürücüləri isə güllələnib. Hücum nəticəsində, ümumilikdə, 8 sürücü və 2 hərbçi qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi