Bakı.1 iyul. REPORT.AZ/ Misir ordusunun hərbi hissələrində ardıcıl törədilən terror aktları nəticəsində ən azı 50 nəfər həlak olub.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, həlak olanların əksəriyyəti Misir hərbçiləridir.
Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Hadisədən dərhal sonra Misirin F-16 qırıcıları və "Apache" helikopterləri terrorçuların Sinay yarımadasındakı mövqelərini atəşə tutublar.