Misirdə sərnişin təyyarəsi qaçırılıb - YENİLƏNİB

Misirdə sərnişin təyyarəsi qaçırılıb - YENİLƏNİB Naməlum şəxslər tərəfindən qaçırılmış təyyarə artıq Kiprdə Larnaka hava limanında yerə enib
Digər ölkələr
29 Mart , 2016 09:48
Misirdə sərnişin təyyarəsi qaçırılıb - YENİLƏNİB

Bakı. 29 mart. REPORT.AZ/ Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

"Associated Press" isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

"El Balyad" xəbər portalının məlumatına görə, "EgyptAir" aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.

AFP xəbər verir ki, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.

İlkin məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşır.

***10:34

"EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirərkən naməlum şəxslər tərəfindən ələ keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.

Oğrular ələ keçirdikləri laynerin Kiprdə enməsini tələb edib.

"Reuters"in xəbərinə görə, naməlum şəxslər tərəfindən qaçırılmış təyyarə artıq Kiprdə Larnaka hava limanında yerə enib.

Son xəbərlər

Orphus sistemi