Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB Yük qatarı sərnişin qatarından ayrılan iki vaqonla toqquşub
Digər ölkələr
28 Fevral , 2018 17:10
Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 28 fevral. REPORT.AZ/ Misirdə iki qatarın toqquşması nəticəsində azı 19 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hərəkət zamanı sərnişin qatarından iki vaqon ayırlıb və nəticədə arxadan gələn yük qatarı həmin vaqonlarla toqquşub.

Hazırda hadisə yerində, təxminən, 30 təcili yardım briqadası çalışır.

Ölkənin Səhiyyə Nazirliyi 10 nəfərin öldüyünü və 15 yaralının olduğunu təsdiqləyib.


***16:14

Misirin Boheyra əyalətindəki Abu əl-Havi dəmir yolu stansiyasında iki sərnişin qatarı toqquşub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb.

Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, daha 15 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi