Misirdə qatar avtobusla toqquşub, ölən və xəsarət alanlar var

Misirdə qatar avtobusla toqquşub, ölən və xəsarət alanlar var Misirin paytaxtı yaxınlığında, Xeluan şəhərində, qatar ilə sərnişin avtobusu toqquşublar.
Digər ölkələr
22 İyun , 2021 02:58
Misirdə qatar avtobusla toqquşub, ölən və xəsarət alanlar var

Misirin paytaxtı yaxınlığında, Xeluan şəhərində, qatar ilə sərnişin avtobusu toqquşublar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "El Watan" informasiya portalı məlumat verib.

Qəza nəticəsində azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib. Hadisə ilə bağlı xüsusi komissiya istintaq aparır.

Son xəbərlər

Orphus sistemi