Yuxarı

​Misirdə partlayışda ölənlərin sayı 42-yə çatıb

İsrail-Misir savaşından qalma minanın partlaması nəticəsində bir uşaq ölüb, 3 uşaq isə yaralanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Misirin Sinay yarımadasının şimalında yerləşən əl-Ariş rayonunda baş verən üç partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" "əl-Cəzir"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma da olub.

Məlumata görə, bombalı basqınlardan biri hərbi hissəyə, o biri isə elektrik mərkəzinə edilib.

Həmin rayonda İsrail-Misir savaşından qalma mina da partlayıb. Hadisə nəticəsində 11 yaşlı bir uşaq ölüb, 3 uşaq isə yaralanıb.

Xatırladaq ki, bu partlayışlar nəticəsində yaralananların sayı 70 nəfərdir.

Qeyd edək ki, terror aksiyalarının məsuliyyətini İŞİD-in Misirdəki qolu öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi