​Misirdə partlayış baş verib, 30-a yaxın hərbçi yaralanıb

​Misirdə partlayış baş verib, 30-a yaxın hərbçi yaralanıb Minalanmış avtomobil Təhlükəsizlik Mərkəzi İdarəsinin düşərgəsi yaxınlığında partladılıb
Digər ölkələr
10 Mart , 2015 10:31
​Misirdə partlayış baş verib, 30-a yaxın hərbçi yaralanıb

Bakı. 10 mart. REPORT.AZ/ Misirin Şimalı Sinay əyalətinin mərkəzi əl-Ariş şəhərində təhlükəsizlik qüvvələrinin kazarması yaxınlığında güclü partlayış baş verib.

"Report" "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində 30-a yaxın hərbçi yaralanıb.

Xəbərdə bildirilib ki, minalanmış avtomobil Misir Daxili İşlər Nazirliyi yanında Təhlükəsizlik Mərkəzi İdarəsinin düşərgəsi yaxınlığında partladılıb.

Bəzi məlumatlara əsasən, hadisə nəticəsində bir neçə nəfərin öldüyü haqda xəbər yayılsa da, rəsmi mənbələr bunu hələ ki, təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi