Misirdə parlamentin açılış sessiyası keçirilib

Misirdə parlamentin açılış sessiyası keçirilib Misirdə 2012-ci ildən bəri parlament mövcud olmayıb
Digər ölkələr
11 Yanvar , 2016 02:06
Misirdə parlamentin açılış sessiyası keçirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Misirdə üç il aradan sonra parlament iclası keçirilib.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, parlament spikeri vəzifəsinə hüquqşünas Əli Abdel Al seçilib.

Deputatlar qarşısında növbəti 15 gün ərzində prezident Abdel Fəttah Əl-Sissinin təqdim etdiyi yüzlərlə qanun layihəsini ratifikasiya etmək vəzifəsi durur.

Qeyd edək ki, Misirdə 2012-ci ildən bəri parlament mövcud olmayıb. 

Son xəbərlər

Orphus sistemi