​Misirdə naməlum şəxslər hərbi bazaya hücum edib, 5 əsgər ölüb, 10-u yaralanıb

​Misirdə naməlum şəxslər hərbi bazaya hücum edib, 5 əsgər ölüb, 10-u yaralanıb Əl-Ariş və Şeyx Zuveyd yaşayış məntəqələrində güc strukturları təhlükəsizlik tədbirlərini gücləndirib
Digər ölkələr
17 Mart , 2016 14:21
​Misirdə naməlum şəxslər hərbi bazaya hücum edib, 5 əsgər ölüb, 10-u yaralanıb

Bakı. 17 mart. REPORT.AZ/ Misirin şimalında Sinay yarımadasında, Rafah hərbi bazasına naməlum şəxslərin hücumu nəticəsində 5 yeni çağırışçı əsgər həyatını itirib, 10 hərbçi yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Misir təhlükəsizlik qüvvələri məlumat yayıb.

İnformasiyaya əsasən, hücum edənlərin tutulması məqsədi ilə hərbçilər reyd keçirir. Rafaha qonşu Əl-Ariş və Şeyx Zuveyd yaşayış məntəqələrində güc strukturları təhlükəsizlik tədbirlərini gücləndirib.

Son xəbərlər

Orphus sistemi