Misirdə "Müsəlman qardaşlar" təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib

Misirdə "Müsəlman qardaşlar" təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib Məhkəmədə ümumilikdə 418 nəfər mühakimə edilib
Digər ölkələr
18 Avqust , 2016 18:41
Misirdə Müsəlman qardaşlar təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib

Bakı. 18 avqust. REPORT.AZ/ Misirdə "Müsəlman qardaşlar" təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün Asyut Hərbi Məhkəməsində keçirilmiş prosesdə müttəhimlər 2013-cü il avqustun 14-də Rabia və Nahda meydanlarının silah gücünə boşaldılmasından sonra Minyə şəhərinin Dirmuvas rayon polis və poçt şöbələrinə basqın etməkdə günahlandırılıblar. 

Məhkəmədə ümumilikdə 418 nəfər mühakimə edilib. Onlardan 68-nə 3 ildən 10 ilədək həbs cəzası verilib. 

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər hırda ölkədə yoxdurlar.  

Son xəbərlər

Orphus sistemi