​Misirdə minaatandan açılan atəş nəticəsində 11 nəfər ölüb

​Misirdə minaatandan açılan atəş nəticəsində 11 nəfər ölüb Daha iki nəfər minaya düşərək həyatını itirib
Digər ölkələr
9 Aprel , 2015 08:25
​Misirdə minaatandan açılan atəş nəticəsində 11 nəfər ölüb

Bakı. 9 aprel. REPORT.AZ/ Misirin Sinay yarımadasında ard-arda baş verən iki insident nəticəsində ən azı 13 nəfər ölüb, altı nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "PressTV" telekanalı məlumat yayıb.

Məlumata görə, 11 nəfər dinc sakin minaatandan açılan atəş nəticəsində həlak olub. Atılan mərmi Şeyx Zuveyd şəhərində yaşayış evinin üzərinə düşüb.

Daha iki əsgər isə hərbi avtomobildə minaya düşərək həlak olub.

Son xəbərlər

Orphus sistemi