Misirdə məscidə hücum edənlərin əlində İŞİD bayrağı olub

Misirdə məscidə hücum edənlərin əlində İŞİD bayrağı olub Bakı. 25 noyabr. REPORT.AZ/ Misirin Baş Prokurorluğu iddia edir ki, Sinay yarımadasındakı məscidə hücum edənlərin əllərində İŞİD terror qruplaşmasının bayrağı olub.
Digər ölkələr
25 Noyabr , 2017 17:09
Misirdə məscidə hücum edənlərin əlində İŞİD bayrağı olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Misirin Baş Prokurorluğu iddia edir ki, Sinay yarımadasındakı məscidə hücum edənlərin əllərində İŞİD terror qruplaşmasının bayrağı olub.

Bu barədə "Report" "Interfax"a istinadən xəbər verir.

Baş prokuror Nabil Sadekanın məlumatına görə, terrorçular, təxminən, 25-30 yaş arası, uzun saçlı və saqqallı olublar, bəzilərinin üzü isə maska ilə örtülmüş olub. Onlar terror baş verən yerə 5 avtomobillə gəliblər.

Qeyd edək ki, bu hücum nəticəsində 305 nəfər ölüb, 128 nəfər yaralanıb. Ölənlərdən 27-si uşaqdır.

Son xəbərlər

Orphus sistemi