Bakı. 24 noyabr. REPORT.AZ/ Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.
Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.
*** 18:09
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.
*** 17:29
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 120 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
*** 17:08
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı "Al-Arabiya" yayıb.
Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub.
*** 15:41
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib.
Terrorçular məscidin içində özlərini partladıblar.
Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.