Yuxarı

​Misirdə məscid qarşısında partlayış nəticəsində 2 nəfər ölüb

Terror aktı nəticəsində 5 nəfər yaralanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Misirin Şimali Sinay mühafizəsində məscid yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilib.

Məlumata görə, əldəqayırma bomba Əl-Ariş şəhərində polislər məscid yaxınlığından keçərkən işə düşüb. Bir hərbçi və bir dinc sakin terror aktının qurbanı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi