Yuxarı

​Misirdə mebel fabrikində baş verən yanğında 24 nəfər ölüb

Alov tez bir zamanda böyük ərazini əhatə edib, onlarla insan çıxılmaz vəziyyətdə qalıb

Bakı. 28 iyul. REPORT.AZ/ Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən əl-Ubur şəhərindəki mebel fabrikində baş vermiş yanğın nəticəsində 24 nəfər ölüb, 24 nəfər yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Yanğın günün birinci yarısında başlayıb. Alov tez bir zamanda böyük ərazini əhatə edib, onlarla insan çıxılmaz vəziyyətdə qalıb.

Nazirliyin məlumatına görə, xəstəxanalara kritik vəziyyətdə çatdırılan bir neçə şəxs bir qədər sonra dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi