Misirdə koronavirusdan rekord sayda ölüm qeydə alındı

Misirdə koronavirusdan rekord sayda ölüm qeydə alındı Misirdə son sutkada koronavirusdan rekord sayda (34 nəfər) ölüm qeydə alınıb.
Digər ölkələr
30 May , 2020 00:31
Misirdə koronavirusdan rekord sayda ölüm qeydə alındı

Misirdə son sutkada koronavirusdan rekord sayda (34 nəfər) ölüm qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Misirdə 1 289 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da infeksiyanın aşkarlandığı xəstələrin sayı 22 082-ə çatıb.

Son 24 saat ərzində 34 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə müalicə alan 879 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə gün əvvəl mütəxəssislər ayın sonuna qədər aşkar olunan yoluxma hallarının sayının 20 mini keçəcəyi barədə xəbərdarlıq etmişdilər. 

Son xəbərlər

Orphus sistemi