Misirdə koronavirusdan ölən həkimin kənddə dəfninə mane olublar

Misirdə koronavirusdan ölən həkimin kənddə dəfninə mane olublar Misirin Dakaxliya əyalətinin sakinləri koronavirusdan ölən həkimin yerli qəbiristanlıqda dəfn olunmasına mane olmağa çalışıblar.
Digər ölkələr
11 Aprel , 2020 17:49
Misirdə koronavirusdan ölən həkimin kənddə dəfninə mane olublar

Misirin Dakaxliya əyalətinin sakinləri koronavirusdan ölən həkimin yerli qəbiristanlıqda dəfn olunmasına mane olmağa çalışıblar.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Şubra əl-Bahv kəndinin sakinləri koronavirusdan ölən qadın həkimi yerli qəbiristanlıqda dəfn etmək istəyən qohumlarına imkan verməyiblər.

Həkimin ailəsi, həyat yoldaşı, təhlükəsizlik qüvvələri və polisin birgə səyi nəticəsində həkim dəfn edilib.

Səhiyyə işçiləri və polis əməkdaşları sakinləri əmin ediblər ki, qadının kənddə dəfn edilməsi heç bir təhlükə törətmir.

Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən, 1 794 nəfər koronavirusa yoluxub, 135 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi