Bakı. 29 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin ətrafındakı Xeluan şəhərində naməlum silahlı şəxslərin Mar-Mina kilsəsinə hücumu nəticəsində ölənlərin sayı 9, yaralıların sayı isə 10 nəfərə çatıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.
Ölənlərdən 4-ü kilsəni mühafizə edən polis, 5-i isə mülki şəxsdir.
Terror hücumunda 5 nəfər iştirak edib. Polislə onlar arasında atışma 10 dəqiqə çəkib.
*** 15:21
Misirin paytaxtı Qahirənin ətrafındakı Xeluan şəhərində naməlum iki silahlı şəxsin kilsəyə hücumu nəticəsində ikisi polis olmaqla 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.
Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilsə də, digəri qaçıb.
*** 14:42
Misirin paytaxtı Qahirədə naməlum silahlı şəxs kilsəyə hücum edib.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, onun açdığı atəş nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Polis silahlı şəxsi zərərsizləşdirib.