Misirdə kilsədə yanğın zamanı 41 nəfər həlak olub

Misirdə kilsədə yanğın zamanı 41 nəfər həlak olub Misirdə kilsədə baş verən yanğında azı 41 nəfər ölüb.
Digər ölkələr
14 Avqust , 2022 15:11
Misirdə kilsədə yanğın zamanı 41 nəfər həlak olub

Misirdə kilsədə baş verən yanğın zamanı azı 41 nəfər ölüb.

“Report” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

"Misir Kopt Kilsəsi səhiyyə orqanlarına istinadən bildirir ki, Qahirədə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb", - agentlik bildirib.

Kilsəyə 5 min insanın toplaşdığı qeyd edilir. Yanğın başlayandan sonra izdiham yaranıb.

Daha əvvəl yerli media Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.

Son xəbərlər

Orphus sistemi