Bakı. 12 avqust. REPORT.AZ/ Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 49 nəfərə çatıb.
Report" xəbər verir ki, bu barədə "Sinxua agentliyi" məlumat yayıb.
Misirin İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib. "O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.
***01:10
Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 44 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
Hadisə yerində qəzanın nəticələrini aradan qaldıran ağır texnika və xilasedicilər işləyir. Hadisə yerinə onlarla təcili tibbi yardım maşını cəlb edilib.
Misirin İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib. "O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.
***20:53
Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 36-ya çatıb.
"Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, qəza zamanı 123 misirli müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölkənin Səhiyyə Nazirliyinin verdiyi son rəsmi məlumata görə, toqquşması nəticəsində 28 nəfər ölüb, 90-dan çox sərnişin yaralanıb.
Məlumata görə, Qahirədən yola düşən qatar Port-Səid-İsgəndəriyyə istiqamətində hərəkət edən və nasazlıq səbəbindən dayanmış qatara çırpılıb.
Hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.