Bakı. 28 yanvar. REPORT.AZ/ Misir Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə öz "facebook" səhifəsində Misir ordusunun nümayəndəsi Məhəmməd Samir yazıb.
Hadisə nəticəsində hava gəmisinin bütün heyət üzvləri ölüb. Ölənlərin sayı və hadisənin səbəbləri qeyd olunmur. Təyyarənin məhz harada qəzaya uğradığı da açıqlanmır.
ABC telekanalının məlumatına görə, təyyarə ölkənin qeyri-müəyyən rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.