Bakı. 14 aprel. REPORT.AZ/ Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərbçi həlak olub.
Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.