Misirdə Çexiya vətəndaşını köpək balığı parçalayıb

Misirdə Çexiya vətəndaşını köpək balığı parçalayıb Onun qalıqları kurort şəhərinin çimərliyində aşkar edilib
Digər ölkələr
6 Avqust , 2018 08:38
Misirdə Çexiya vətəndaşını köpək balığı parçalayıb

Bakı. 6 avqust. REPORT.AZ/ Çexiyadan olan turist Misirin məşhur Marsa Almən kurortunda köpək balığının qurbanı olub.

“Report” xəbər verir ki, hadisə turist sahildən 20 km aralıda akvalanqla suyun dərinliyinə dalan zaman baş verib.

Ölən şəxsin qalıqları kurort şəhərinin çimərliyində aşkar edilib. Bildirilir ki, kişi istirahətə həyat yoldaşı və uşağı ilə gəlib.

Son xəbərlər

Orphus sistemi