Bakı. 30 İyun. REPORT.AZ/ Misirin paytaxtı Qahirə ətrafında avtomobilin partladılması nəticəsində ən azı üç nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə Misir mətbuatına istinadən RİA "Novosti" məlumat yayıb.
Partlayıcı qurğu qoyulan avtomobil polis şöbəsi binasının qarşısında partlayıb.
Bundan əvvəl Qahirədə partlayış nəticəsində Misirin baş prokuroru Hişam Bərəkətin öldüyü məlumat verilib.