​Misirdə avtobus yük maşını ilə toqquşub, 18 nəfər ölüb

​Misirdə avtobus yük maşını ilə toqquşub, 18 nəfər ölüb Ölənlər arasında 12 polis, 4 tələbə var
Digər ölkələr
10 Mart , 2016 07:26
​Misirdə avtobus yük maşını ilə toqquşub, 18 nəfər ölüb

Bakı. 10 mart. REPORT.AZ/ Ötən gün Sinay yarımadasının cənubunda sərnişinlə dolu olan mikroavtobus yüksək sürətlə hərəkətdə olarkən yük maşını ilə toqquşub.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, nəticədə 18 nəfər həlak olub.

Yerli KİV-in məlumatına görə, qəza Əbu-Rudeysə və Ət-Tor yaşayış məntəqələri arasında baş verib. Ölənlər arasında 12 polis və 4 tələbə var. Daha iki nəfərin şəxsiyyəti müəyyən edilməyib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Hazırda polis qəzanın səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi