​Misirdə anomal istilər nəticəsində 87 nəfər ölüb

​Misirdə anomal istilər nəticəsində 87 nəfər ölüb Təqribən 1500 insan xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
14 Avqust , 2015 22:39
​Misirdə anomal istilər nəticəsində 87 nəfər ölüb

Bakı. 14 Avqust. REPORT.AZ/ Misirdə son həftə ərzində anomal istilər nəticəsində 87 nəfər dünyasını dəyişib.

"Report" "The Daily News"a istinadən xəbər verir ki, son sutka ərzində 11 nəfər ölüb, təqribən 1500 insan xəstəxanaya yerləşdirilib.

Ölkədə rütubət səviyyəsinin yüksək olması vəziyyəti daha da ağırlaşdırır. Bəzi ərazilərdə temperatur +47 dərəcəyə çatıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin çoxu yaşlı insanlardır. Nazirlik Misir vətəndaşlarını mümkün qədər günəşdən qorunmağa və zərurət yaranmadıqca kondisionerli müəssisələri tərk etməməyə çağırıb.

Bununla yanaşı, Misir hakimiyyəti vətəndaşların müdafiəsi üçün hələ ki, heç bir tədbir görməyib.

Son xəbərlər

Orphus sistemi