Misirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Misirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var Misirdə iki avtobusun toqquşması zamanı bir neçə nəfər həlak olub.
Digər ölkələr
17 Dekabr , 2020 03:57
Misirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var
0 : 00
0 : 00

Misirdə iki avtobusun toqquşması zamanı bir neçə nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Akhbar el-Yom” portalı bildirib.

Qeyd edilir ki, hadisə ölkənin mərkəzi hissəsində yerləşən Soxaq əyalətində qeydə alınıb. Əl-Koşex kəndində Kena şəhərindən paytaxt Qahirə istiqamətində hərəkət edən sərnişin avtobusu ilə Mersa-Matrux şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobus toqquşub. Hadisə nəticəsində azı yeddi nəfər ölüb, daha on bir nəfər xəsarət alıb.

Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi