Misirdə 8 nəfər yol qəzasında öldü

Misirdə 8 nəfər yol qəzasında öldü Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
3 Avqust , 2020 02:03
Misirdə 8 nəfər yol qəzasında öldü

Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Hadisə Giza piramidaları yaxınlığında, Əl-Maryutiya rayonunda qeydə alınıb. Belə ki, mikroavtobusun sürücüsü idarəetməni itirib, bundan sonra avtomobil çevrilib və kanala düşüb.

Qəzada 8 nəfər həlak olub, 7 nəfər xilas edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Misirdə hər il yol qəzalarında 12 000 nəfər ölür.

Son xəbərlər

Orphus sistemi