Yuxarı

​Misirdə 6 terrorçu edam edilib

Onlar dövlət qulluqçularının qətlində müqəssir biliniblər

Bakı. 17 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Qahirənin mərkəzi həbsxanasında 2015-ci ilin mart ayında hərbçilərin qətlə yetirilməsində müqəssir bilinən "Ənsar beyt əl-Məqdis" terror qruplaşmasının 6 üzvü barəsində ölüm hökmü icra olunub.

"Report" xəbər verir ki, cinayət işinin materiallarına əsasən, 2014-cü ilin martında Misir polisi və ordusu terrorçuların gizləndiyi mənzilə basqın edib.

Əməliyyat zamanı atışma başlayıb və ikisi dövlət qulluqçusu olmaqla 8 nəfər qətlə yetirilib. Qruplaşmanın digər üzvləri saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi