Misir ordusu terrorçulara qarşı 22 reyd və 16 xüsusi əməliyyat həyata keçirib.
“Report” xəbər verir ki, bunu Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi özünün “Twitter” səhifəsində yazıb.
Qeyd olunub ki, əməliyyatlar zamanı 126 terrorçu zərərsizləşdirilib.
“Hərbi əməliyyatlar zamanı 4 zabit, 3 kiçik zabit və 8 hərbçi terrorçuları ələ keçirərkən ölüb və yaralanıb” - deyə ikinci mesajda deyilir.