Bakı. 9 İyun. REPORT.AZ/ Misir məhkəməsi 2012-ci ildə ölkənin şimalında yerləşən Port-Səid şəhərinin stadionunda 74 nəfərin ölümü ilə nəticələnən faciədə ittiham olunan 11 nəfəri ölüm hökmünə məhkum edib, daha 21 nəfər bəraət alıb.
"Report" xəbər verir ki, bir məhkum qiyabi mühakimə edilib.
Hadisənin digər iştirakçıları müxtəlif müddətlərə həbs ediliblər. Şəhərin təhlükəsizlik qüvvələrinin sabiq rəhbəri də 5 il müddətinə azadlıqdan məhrum edilib.