Misir Nazirlər Kabineti epidemioloji vəziyyətin yaxşılaşması səbəbindən xarici turistlərin ölkəyə girişinə dair bütün anti-koronavirus məhdudiyyətlərini aradan qaldırmaq barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə yerli "Sada El Balad" nəşri məlumat yayıb.
Mövcud məhdudiyyətlərin aradan qaldırılmasının vaxtı barədə məlumat verilmir.
İndi Misirə daxil olmaq üçün ÜST tərəfindən təsdiqlənmiş peyvəndlərdən birinin peyvənd və ya koronavirus sertifikatı, PCR testi lazımdır.
Məlumata görə, ölkədə epidemioloji vəziyyət sabitdir. Vətəndaşlar 86,6 milyon doza müxtəlif növ koronavirus vaksini qəbul edib.