Misir: Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyata dair qərarı bu ölkənin öz siyasəti ilə bağlıdır

Misir: Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyata dair qərarı bu ölkənin öz siyasəti ilə bağlıdır "Misir BMT-nİn Suriya böhranının nizamlanmasına istiqamətlənmiş səylərini dəstəkləyir"
Digər ölkələr
17 Fevral , 2016 00:15
Misir: Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyata dair qərarı bu ölkənin öz siyasəti ilə bağlıdır

Bakı. 17 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Suriyada mümkün quru əməliyyat barədə qərarı bu ölkənin təkbaşına qəbul etdiyi qərarıdır və terrorizmə müqavimət üzrə birgə İslam qüvvələri ilə bağlı deyil. Bunu Qahirədə keçirilən mətbuat konfransında Misir XİN-in rəhbəri Sameh Şükri bildirib. O qeyd edib ki, rəsmi Ər-Riyadın qərarı onun öz siyasəti ilə bağlıdır, Misir isə Suriya böhranının siyasi vasitələrlə həllini dəstəkləyir.

Nazir vurğulayıb ki, Misir BMT və xüsusi elçi Staffan de Misturanın Suriya böhranının nizamlanmasına istiqamətlənmiş səylərini dəstəkləyir.

Bundan əvvəl Səudiyyə Ərəbistanının hakimiyyət orqanları bildiriblər ki, terrorizmlə mübarizə üzrə səylər çərçivəsində Suriyaya hərbçilər göndərməyə hazırdılar, bu şərtlə ki, mümkün əməliyyat ABŞ başda olmaqla beynəlxalq koalisiyanın komandanlığı ilə razılaşdırılsın.

Son xəbərlər

Orphus sistemi