Misir sərhədləri bağlayır və turist vizalarının qiymətini artırır

Misir sərhədləri bağlayır və turist vizalarının qiymətini artırır Misirin hökumət başçısı Mustafa Madbuli martın 19-dan 31-dək beynəlxalq hava əlaqəsinin dayandırılmasına qərar verib.
Digər ölkələr
17 Mart , 2020 17:21
Misir sərhədləri bağlayır və turist vizalarının qiymətini artırır

Misirin hökumət başçısı Mustafa Madbuli martın 19-dan 31-dək beynəlxalq hava əlaqəsinin dayandırılmasına qərar verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Misiri tərk etmək istəyən əcnəbi vətəndaşlar göstərilən müddətə qədər ölkəni tərk edə bilərlər.

Eyni zamanda xarici turist axınını dəstəkləmək üçün Misir 1 iyun 2020-ci il tarixindən etibarən beşillik turist vizası tətbiq edəcək. Onların onlayn qaydada və ya Misir konsulluğunda qeydiyyatının dəyəri 100 ABŞ dolları təşkil edəcək. Viza ölkəyə çox sayda, lakin 90 gündən artıq olmayan müddətə giriş imkanı verəcək. Yeni viza dəyəri 25 ABŞ dolları olan və 30 gün müddətində qüvvədə olan əvvəlki birdəfəlik turist vizasının etibarlılığını ləğv etmir.

Son xəbərlər

Orphus sistemi