Bakı. 23 sentyabr. REPORT.AZ/ Misirin sahillərinin ətrafında qeyri-leqal immiqrantlarla gəminin qəzası nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "AP" agentliyi xəbər yayıb.
Yerli məmurların sözlərinə görə, ölənlərin sayı arta bilər.
Məlumata görə, gəmidə 600 miqrant olub. Onlar Afrikadan İtaliyaya gedirmiş.
Hazırda xilasetmə əməliyyatı davam edir.