​Misir rəsmiləri: "Rusiya təyyarəsində sağ qalan yoxdur"

​Misir rəsmiləri: "Rusiya təyyarəsində sağ qalan yoxdur" Ümumilikdə, təyyarədə 224 nəfər olub
Digər ölkələr
31 Oktyabr , 2015 16:41
​Misir rəsmiləri: Rusiya təyyarəsində sağ qalan yoxdur

Bakı. 31 oktyabr. REPORT.AZ/ Misirdə qəzaya uğramış Rusiyaya məxsus təyyarədə sağ qalan yoxdur.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misir hakimiyyət orqanlarından bildirilib.

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır. Təyyarədə olanların hamısı Rusiya vətəndaşlarıdır. Onlardan 63 nəfəri kişi, 138-i qadındır. Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi