Bakı. 20 noyabr. REPORT.AZ/ Prokurorlar hazırda həbsdə olan Misirin sabiq prezidenti Məhəmməd Mursi və "Müsəlman qardaşlar"ın digər liderlərinin ölüm hökmünə məhkum edilmələrini tələb ediblər.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, dövlət ittihamçısı Emad əl-Şaravi məhkəmənin iclasında bildirib ki, Mursi və onun tərəfdarları hakimiyyətdə olduqları bir il müddətində məxfi sənədləri xarici ölkələrin, eləcə də İranın kəşfiyyat xidmətləri üçün açıblar.
Mursi, "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Badi və daha 34 nəfər Misirdə stabilliyi pozmaqda ittiham olunurlar.
Mursiyə gəldikdə isə, o, günahını boynuna almayıb. O, məhkəmənin noyabrın 26-da keçiriləcək növbəti iclasında özünü müdafiə etməyi planlaşdırır.