Misir prezidentinin əfvi ilə 82 gənc məhbus azadlığa buraxılıb

Misir prezidentinin əfvi ilə 82 gənc məhbus azadlığa buraxılıb Siyahıya universitet tələbələri, o cümlədən üç jurnalist də daxildir
Digər ölkələr
23 Noyabr , 2016 19:23
Misir prezidentinin əfvi ilə 82 gənc məhbus azadlığa buraxılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Misir Prezidenti Əbdul Fəttah Əl-Sisi əfv sərəncamı imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla 82 misirli gənc cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Siyahıya əsasən universitet tələbələri, o cümlədən üç jurnalist də daxildir. Gənc məhbusların siyahısı prezident tərəfindən yaradılmış müstəqil komitənin tövsiyələri əsasında ötən ay Şarm Əl-Şeyxdə keçirilən birinci Gənclər Konfransında tərtib edilib. Sənəd bu il ərzində prezident tərəfindən imzalanan dördüncü əfv sərəncamıdır. 

Xatırladaq ki, yeni əfv olunan məhbuslar müxtəlif ittihamlarla, əsasən qeyri-qanuni etirazlara görə azadlıqdan məhrum olunublar.

Son xəbərlər

Orphus sistemi