Misir prezidenti ölkədə tətbiq olunan fövqəladə vəziyətin müddətini uzadıb

Misir prezidenti ölkədə tətbiq olunan fövqəladə vəziyətin müddətini uzadıb Fövqəladə vəziyyətin müddəti ötən ilin iyulu və oktyabrında hər dəfə 3 ay müddətinə uzadılıb
Digər ölkələr
3 Yanvar , 2018 02:15
Misir prezidenti ölkədə tətbiq olunan fövqəladə vəziyətin müddətini uzadıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə tətbiq olunan fövqəladə vəziyətin müddətini daha 3 aya uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, fərmana əsasən fövqəladə vəziyətin müddəti bütün ölkə ərazisində 13 yanvar saat 01:00-dan uzadılacaq.

Qeyd edək ki, fövqəladə vəziyət 9 aprel 2017-ci ildə 45 nəfərin həlak olmasına səbəb olan Tanta və İskəndəriyyə şəhələrində xristianların kilsəsində baş verən terror aktlarına görə tətbiq olunub.

Fövqəladə vəziyyətin müddəti ötən ilin iyulu və oktyabrında hər dəfə 3 ay müddətinə uzadılıb. 

Son xəbərlər

Orphus sistemi