Bakı. 20 yanvar. REPORT.AZ/ Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib ki, qarşıdan gələn prezident seçkilərində öz namizədliyini irəli sürəcək.
“Report” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ölkədə prezident seçkiləri cari ilin 26-28 mart tarixlərində, ikinci tur isə 24-26 apreldə keçiriləcək. Namizədlər 20-29 yanvar tarixləri aralığında ərizələrini təqdim etməlidirlər.
Əs-Sisi Misirə 2014-cü ildən rəhbərlik edir. O bu postda nəticədə ömürlük həbs cəzasına məhkum edilən Məhəmməd Mursini əvəz edib.