Yuxarı

Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub

Sənəddə Osmanlı imperiyasında 1915-1922-ci illərdə ermənilərə qarşı törədilənlərin soyqırım kimi tanınması tələb edilir

Bakı. 26 iyul. REPORT.AZ/ Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, sənəd 337 deputatın imzası ilə ölkə parlamentinin sədri Əli Abdulala təqdim edilib. 

Millət vəkili Mustafa Bəkrinin hazırladığı qanun layihəsində Osmanlı imperiyasında 1915-1922-ci illər arasında erməni xalqına qarşı "törədilənlər"in "soyqırım" kimi tanınması və bu istiqamətdə qərar çıxarılması tələb olunur. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətə də oxşar çağırış olunur. 

Qeyd edək ki, Misir parlamentində qanun layihəsinin qəbul olunması üçün səs çoxluğu zəruridir. Ölkə parlamentində də 596 deputat var və onlardan 380 nəfəri Misir prezidenti Əbdülfəttah əs-Sisiyə yaxın "Misirə dəstək koalisiyası"nın üzvləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi